• 32 °C
|

Hacıqabulda yeniyetmə avtomobillə qəza törədib

24 İyul 2026
img

Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə shər saatlarında qeydə alınıb.

2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Changan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.