• 3 °C
|

İmişlidə xəsarət alan şəxs xəstəxanada ölüb

21 Yanvar 2025
img

İmişlidə naməlum şəraitdə xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında yaşadığı evin qarşısında kəllə-beyin travması ilə aşkarlanan Qaralar kənd sakini, 1979-cu il təvəllüdlü Xudiyev Cahangir Ələkbər oğlu İmişli rayon xəstəxanasına yerləşdirlib. O, bu gün səhər saatlarında orada ölüb.

Onun hansı şəraitdə xəsarət aldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.