• 35 °C
|

İsmayıllıda 26 yaşlı kişi çayda batıb

31 İyul 2025
img

İsmayıllıda 26 yaşlı kişi çayda batıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qalacıq kənd sakini 1999-cu il təvəllüdlü Faiq Qurbanov çayda çimmək istəyərkən suda batıb.

Əraziyə xilasedicilər cəlb olunub, axtarışlar davam edir.