• 27 °C
|

İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

26 İyul 2025
img

İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub.

APA-nın yerli bürosu xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.