01 Sen 2026

İsmayıllıda güclü yanğın hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın nəticəsində 1992-ci il təvəllüdlü Qurbanavov Kamal Fərahim oğluna məxsus olan ümumi sahəsi 120 m²olan avtomobil təmiri emalatxanası və ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyalarının 80 m²sahəsi yanaraq yararsız hala düşüb.
Emalatxananın digər hissəsi və digər emalatxanalar yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.