• 13 °C
|

Kəlbəcər sakini Goranboyda minaya düşüb

31 May 2025
img

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.