• 15 °C
|

Kəlbəcərdə ağır qəza olub, ölən və xəsarət alan var

28 Oktyabr 2026
img

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı sürücü; 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.