Qobustanda kimyəvi məhluldan zəhərlənən azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 4-ü 22.05.2022-ci il təvəllüdlü (kişi cinsli) Qobustan rayon Təklə kənd sakinin kimyəvi məhluldan zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib. Ona ilkin yardım göstərilib, instrumental və diaqnostik müayinələr aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir", – deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
12:34
Qobustanda azyaşlı kimyəvi məhluldan zəhərlənib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
3 yaşlı U.Xəlilov yaşadığı evdə nəzarətsiz qaldığı zaman kimyəvi məhlul içib.
O, xəstəxanaya yerləşdirilib.
Aytac Qasımova