• 31 °C
|

Kürdəmirdə kütləvi zəhərlənənlərin sayı 24-ə çatıb

20 İyul 2025
img

Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

01:32

Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir

Səlimli Ümüd İlkin oğlu – 2010-cü il təvvəlüdlü

Şirəliyeva Firuzə Şaxtalı qızı – 1992-ci il təvvəlüdlü

Şirəliyeva Aydan Məmməd qızı – 2009-cu il təvvəlüdlü

Məmmədova Könül İlqar qızı – 1992-ci il təvvəlüdlü

Orucova Səadət Mehrab qızı – 2002-ci il təvvəlüdlü

Şəmiyev Mübariz Ənnağı oğlu – 1979-cu il təvvəlüdlü

Şəmiyeva Samirə Qara qızı – 1983-cü il təvvəlüdlü

Məmmədov Ramil Möhkəm oğlu – 1986-cı il təvvəlüdlü

Şəmiyev Ümid Mübariz oğlu – 2002-ci il təvvəlüdlü

Şəmiyeva Xatun Mübariz qızı – 2006-cı il təvvəlüdlü

Əsgərli Qurban Nizami oğlu – 2010-cu il təvvəlüdlü

Sultanlı Sehrayə İntiqam qızı – 2015-ci il təvvəlüdlü

00:26

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.