• 12 °C
|

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən var

22 Mart 2026
img

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən var.

APA-nın xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 35 yaşlı İqbal Yadigar oğlu Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçən piyada, rayonun Çöl Ərəb kənd sakini 7 yaşlı Hidayət Sahil oğlu Hüseynovu vurub. Ağır xəsarətlər alan zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.