• 22 °C
|

Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16 İyun 2025
img

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, əməliyyat zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər olunmuş Cəlilabad sakinləri – 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılaraq istintaqa cəlb edilib.

Bildirilib ki, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.