• 28 °C
|

Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb

29 İyun 2025
img

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə,hadisə səhər saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır.