• 29 °C
|

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapılıb

11 Avqust 2026
img

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyitləri tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Bir neçə gündür ailə üzvləri tərəfindən axtarııan – 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.