
Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub.
APA xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində baş verib.
Belə ki, "Hyundai", "Audi" və 2 "KİA" markalı avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar – 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.