• 20 °C
|

Pirəkəşküldə bədbəxt hadisə baş verib, bir Hindistan vətəndaşı ölüb, digəri yaralanıb – YENİLƏNİB

13 Yanvar 2025
img

Prokurorluq Abşeron rayonunda bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən hadisəni araşdırır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

***

11.23

Abşeronda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə rayonda yerləşən zavodlardan birində qeydə alınıb.

İlkin məlumata görə, bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Hindistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.

Xəsarət alan digər Hindistan vətəndaşına tibbi yardım göstərilib və evə buraxılıb.

Fakt araşdırılır.