• 14 °C
|

Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanılıb

30 Aprel 2025

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib. Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.