• 16 °C
|

Qaraməryəm–İsmayıllı–Şəki yolunda ağır qəza: iki nəfər ölüb, dörd nəfər xəsarət alıb

4 Oktyabr 2025
img

Qaraməryəm–İsmayıllı–Şəki yolunun 42-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə "Mersedes" markalı avtomobilin sürücüsü R.Ələsgərov hadisə yerində vəfat edib və avtomobildəki 3 nəfər sərnişin xəsarət alıb. "BMW" markalı avtomobilin sürücüsü R. Quliyev həyatını itirib və yanındakı sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır..