• 10 °C
|

Qaxda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb

8 İyun 2025
img

Qaxda zəncirvari yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə 5 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.