• 21 °C
|

Qazaxda yük maşını qatarla toqquşub, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

22 May 2025
img

Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

***

18.09

Qazaxda yük maşını qatarla toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. “Ford” markalı yük maşınının qatarla toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.