• 2 °C
|

Qazaxıstan Baş Prokurorluğu AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir

29 Yanvar 2025
img

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini Qalımjan Koygeldiyev məlumat verib.

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", – Q.Koygeldiyev AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı suala cavab verərkən bildirib.