19 Apr 2025
Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.
APA-nın xəbərinə görə, bu barədə Qərbi Kaspi Universiteti məlumat yayıb.
Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi – Şahbalayev İkram faciəli şəkildə (dəm qazından boğularaq) vaxtsız dünyasını dəyişib.