• 25 °C
|

Qəza səbəbindən Buzovna-Mərdəkan yolunda tıxac yaranıb – FOTO

20 İyul 2025
img

Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.