18 Mar 2026

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.
Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin özünün də cansız bədəni aşkar edilib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.