24 Noy 2026

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Barlı kəndi ərazisindən keçən yolda qeydə alınıb.
Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.
Sürücü hadisə yerindən uzaqlaşıb. Onun şəxsiyyəti və avtomobilin markası hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.