03 Dek 2025

Qusarda 87 yaşlı kişi yük avtomobilinin altında qalaraq ölüb.
APA-nın şimal bürosu xəbər verir ki, rayonun Urva kənd sakini, 54 yaşlı Gəray Tariquliyevin idarə etdiyi yük avtomobil 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən ev sahibi yıxılıb və bu zaman geriyə hərəkətdə olan yük avtomobili onun üzərindən keçib. Nəticədə Məhərrəm Şeydayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.