• 5 °C
|

Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur

13 Fevral 2025
img

Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur.

APA xəbər verir ki, bu barədə Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində bildirilib.

Bildirilib ki, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.