• 14 °C
|

Sabah Dövlət Komissiyası Ağdərədə şəhid Əsəddin Novruzova aid olduğu ehtimal edilən qalıqları götürəcək – YENİLƏNİB-2

3 Aprel 2025
img

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri tapılan hadisə yerində olacaq. 

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bildirilib ki, şəhid Əsəddin Curu oğlu Novruzova aid olduğu ehtimal olunan skelet qalıqları uçmuş evin altından hələ çıxarılmayıb və Dövlət Komissiyasının üzvləri mərhumun qalıqlarını ərazidən götürəcəklər.

11:11

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərindən biri götürülüb. 

Bu barədə "Report"un Qarabağ bürosuna açıqlamasında şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verilib. 

Onun sözlərinə görə, qalıqları kənd sakinləri aşkarlayıb, daha sonra aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb: 

"Ötən gün mənim də iştirakımla qardaşıma aid edildiyi ehtimal edilən qalıqlar prokurorluq tərəfindən götürüldü və ekspertizaya təhvil verildi". 

10:23

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Bildirilib ki, qalıqlar yaxınlarının həmin şəxsləri 1992-ci il martın 12-də şəhid olduqdan sonra dəfn edib getdikləri yerdə tapılıb.

Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.