22 May 2025
Sabirabadda baş verən qəzada Şıxsalahlı kənd sakini, 2009-cu il təvəllüdlü Abdullayev Əlikram Mahir oğlu ölüb.
Bu haqda APA-nın yerli bürosu məlumat verib.
Hadisə nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Onlardan biri Şirvan, üçü isə Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.
***
19:14
Sabirabadda yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb.
“VAZ” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.