• 14 °C
|

Şabranda iki yük və minik avtomobilləri toqquşub, sürücü ölüb – FOTO

28 İyun 2025
img

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Yaralananların da olduğu bildirilir.

Hazırda fakt araşdırılır.