• 7 °C
|

Şahdağ yolunda “Hummer” AŞDI

7 Fevral 2025
img

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə saat 18 radələrində baş verib.

"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər – sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".

Aygün Mirakif