• 24 °C
|

Salyanda yol qəzasında ölən iki nəfərin kimliyi məlum olub – YENİLƏNİB – FOTO

28 Yanvar 2025
img

Salyanda yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Mübaşir Qurbanov və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüb.

Yaralılar Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan xəstəxanasına yerləşdirilib.

***

18:52

Salyanda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.