• 19 °C
|

Samuxda minik maşını su arxına düşüb, xəsarət alan var – YENİLƏNİB

26 Oktyabr 2025
img

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 26.10.2025-ci il tarixində saat 03:00 radələrində 1 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən məlumat verilib.

Pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Başın çapılmış yarası, sol dördüncü qabırğanın sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

***

08:34

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı su arxına düşüb.

Qəza zamanı 1980-ci il təvəllüdlü M.Qəribov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.