• 12 °C
|

Samuxda yük maşını ağaca çırpılıb, xəsarət alanlar var

20 Yanvar 2025
img

Samuxda "Ford " markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

K.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.