13 İyl 2025
Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində genişmiqyaslı yanğın baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, biçilmiş taxıl sahəsində başlayan yanğın 15 hektarlıq ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı vaxtında alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.