• 9 °C
|

Şəkidə Səhiyyə Nazirliyinin balansında olan tikilidə yanğın olub

1 Fevral 2026
img

Şəkidə Səhiyyə Nazirliyinin balansında olan tikilidə yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində köməkçi tikilidə yanğın baş verib.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənərək digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində tikilinin içərisində olan məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.