• 24 °C
|

Şəkidə yük avtomobili ilə mikroavtobus toqquşub, xəsarət alanlar var

10 May 2025
img

Şəkidə xırdatutumlu yük avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.