• 11 °C
|

Şəkidə yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb – FOTO – VİDEO – YENİLƏNİB

10 May 2025
img

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlardan 5 nəfəri “Mercedes Vito” markalı mikroavtobusda olan Balakən rayon sakinləridir. Onlar aşağıdakılardır:

– 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);

– 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;

– 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;

– 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;

– 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;

Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.

***
17:23

Şəkidə xırdatutumlu yük avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.