• 24 °C
|

Şəmkirdə 3 avtomobil toqquşub – FOTO

19 Sentyabr 2026
img

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21014", "Opel" və "Mercedes" markalı minik maşınları toqquşub.

Avtomobillərdən biri yol kənarındakı maneəyə, ikisi isə ağaca çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.