• 23 °C
|

Şəmkirdə 5-ci mərtəbədən yıxılan gəncin vəziyyəti məlum olub – YENİLƏNİB

17 İyun 2025
img

Şəmkirdə 2008-ci il təvəllüdlü (kişi cinsi) şəxs qapalı kələ-beyin travması, üst dodağın çapılmış yarası diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, şəxsə zəruri tibbi yardım göstərilib.

Daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəssinə göndərişlə təmin olunub.

***
19:43

Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxılaraq xəsarət alıb.

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V.Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.