• 25 °C
|

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

15 İyul 2025
img

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Qılıncbəyli kənd sakini 2002-ci il təvəllüdlü R.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Qaracəmirli kənd sakini 1956-cı il təvəllüdlü Ş.Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.