• 16 °C
|

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var – FOTO

6 İyul 2025
img

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax- magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.