• 27 °C
|

Şəmkirdə iki nəfər kanalda boğulub

13 İyun 2025
img

Şəmkirdə iki nəfər suda boğulub.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Onların meyitlərinin tapılması istiqamətində axtarışlar davam edir.

Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.