27 Noy 2025

Şəmkirdə restoranda baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, restoranın ərazisində olan talvarın yanar konstruksiyaları və talvarın altında olan tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
16.59
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində yerləşən restoranın mətbəxində yanğın olub. Dərhal hadisə yerinə FHN-nın qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.