06 Yan 2026

Siyəzəndə kişi iş yerində ölüb.
APA xəbər verir ki, hadisə Qalaşıxlı kəndində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Azər Məmmədov işlədiyi Siyəzən rayonu Qalaşıxlı kəndində “Beşbarmaq” pirinin altı adlanan ərazidə yerləşən marketdə qəflətən halının pisləşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.