• 19 °C
|

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

28 Sentyabr 2026
img

2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.

O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.

Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.

O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.