• 7 °C
|

Sumqayıtda 40 yaşlı kişini bıçaqlayan tanışı saxlanıldı

8 Fevral 2025
img

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:00

Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.