• 27 °C
|

Sumqayıtda tikintidə fəhlə torpaq uçqunu altında qalaraq ölüb – VİDEO – YENİLƏNİB-1

22 İyul 2025
img

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

APA FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13.40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

12.50

Sumqayıtda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb. Tikinti aparılan zaman orada çalışan fəhlə, 20 yaşlı Ariz Ağayarov baş verən torpaq uçqunu altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.