
2007-ci il təvəllüdlü pasiyent 12.03.2026-cı il tarixində saat 17:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.
Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.
Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.
Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.
Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.
Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.
Günay Elşən
***
11:50
Tərtərdə 19 yaşlı qadın doğuş zamanı ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün baş verib.
Hacıqərvənd kənd sakini 2007-ci il təvəllüdlü Röya Allahverdiyevanın Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.