• 28 °C
|

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var – FOTO

2 Avqust 2026
img

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.