• 27 °C
|

Türkanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

13 İyun 2025
img

Avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

APA xəbər verir ki, iyunun 11-də axşam saatlarında paytaxtın Xəzər rayonu Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub.

Daha sonra sürücü hadisə yerindən yayınıb. F.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində piyadanı vuran “Vaz 2107” markalı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib.

Yol nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət işi başlanılıb, araşdırma aparılır.